Menu
Sənin kartın

Franck Olivier

Franck Olivier

Fransız ətir brendi Franck Olivier zərif şık və dəbdəbə dolu nəfis ətirlər yaradır. Dizayner brendi olaraq fəaliyyətə başlayan marka, daha sonra sırf ətir və kosmetik məhsul istehsalı üzrə fəaliyyət göstərir.

Brendin tarixi 1955 — ci ildə Frank Oliver öz oğullarının, Frankın və Oliverin adı ilə brend təsis etməsi ilə başlayır. Tekstil işi ilə təsis olunan şirkət, lüks keyfiyyətli geyim istehsalında ixtisaslaşır. İstehsalda bahalı təbii parçalardan istifadə olunur, geyimlər üzərində gənc, istedadlı modelyerlər çalışır, geyimlərin dəbdəbəli naxışlarını, printlərini səxavətlə bəzəyir, mürəkkəb detallardan istifadə edirdilər. Geyim tez bir zamanda xüsusi üslub və yüksək sosial status nümayiş etdirməklə moda və “orijinal geyinmək istəyən” elit Paris publikasında əks-səda doğurur. Tezliklə brendin kolleksiyaları nəinki bütün Avropanı, həm də Amerikanı və Şərq ölkələrini fəth edir.

90-cı illərdə Franck Olivier şirkəti məhsul çeşidlərini genişləndirir, 1993-cü ildə isə tanınmış ətir mütəxəssisləri ilə əməkdaşlıq quraraq parfüm istehsalına başlayır. Firma ilk ətirlərini öz brendinin adı ilə təqdim edir.

Franck Olivier San Java for Woman - Qadınlar üçün nəzərdə tutulmuş ətir, çiçəkli-meyvəli ətirlər qrupuna aiddir. Ətir 2004-cü ildə istehsal olunmuşdur. (İtalyan limonu, Qarağat, Şaftalı, Alma, Yemiş;) (Jasmin ,Zanbaq,Türk qızılgülü, Maqnoliya;) (Müşk ,Kəhrəba.)..
10,00AZN Vergiler Hariç:10,00AZN
Gösterilen: 1 ile 1 arası, toplam: 1 (1 Sayfa)